!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əziz Sancarın adına laboratoriya açıldı - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyasının açılışı olub.

Qurumdan Yenicag.az-a verilən məlumata görə, BP-nin dəstəyi ilə UNEC-in 3 saylı tədris binasında yaradılan laboratoriyanın açılışında Nobel mükafatçısı professor Əziz Sancar, UNEC-in rektoru professor Ədalət Muradov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak ediblər.

Müasir texnologiyalarla və avadanlıqlarla təchiz olunan laboratoriya ilə tanışlıq zamanı Əziz Sancara bildirilib ki, laboratoriya “Qida məhsullarının texnologiyası” kafedrasının nəzdində  fəaliyyət göstərir.

Laboratoriyada elmi-praktiki araşdırmalar, tədqiqatlar və ekspertizalar aparılacaq, qida məhsullarının müvafiq standartlara, tələblərə uyğunluğunun qiymətləndirilməsi, eləcə də qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi həyata keçiriləcək.

Həmçinin qida sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, normativ-hüquqi aktlar, metodiki materiallar işlənib hazırlanacaq, qida məhsullarının texnologiyası sahəsindəki islahatların elmi və praktiki əsaslandırılması aparılacaq.

 

www.yenicag.az

172
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100