Bir müddət əvvəl “Facebook”un “WhatsApp”da reklam göstərmək istədiyi ilə bağlı bir xəbər verilmişdi. “Facebook”, “WhatsApp” platformasından gəlir əldə etmək üçün “Story”ər olan hissədə istifadəçilərə reklam göstərəcəkdi.
Yenicag.az xəbər verir ki, lakin bu gün şirkət bu qərardan imtina edib. “Facebook”, reklamların istifadəçiləri “WhatsApp” platformasından uzaqlaşdıracağını düşünərək bu fikirdən imtina etdi.
Əslində 2009-da ortaya çıxan platforma əvvəllər pulsuz deyildi. İstifadəçilərdən 0.99 Dollar dəyərində bir məbləğ tələb edən “WhatsApp”, “Facebook” onu aldıqdan sonra tamamilə ləğv edildi. 2016-dan etibarən istifadəçi sayı olaraq 1 milyardı keçən “WhatsApp” hələ də pulsuz şəkildə və reklamlar göstərilmədən istifadəçilərə xidmət edir.”
www.yenicag.az