Səbəb isə həmin şəxsin “Facebook”da Məhəmməd peyğəmbər barəsindəki təhqiredici şərhlər olub.
Bu, dünyada ilk haldır ki, məşhur sosial şəbəkədə hansısa şəxsin mənfi əməl törədərək ona ölüm hökmü çıxarılır. Məlumata əsasən Taimoor Raza adlı 30 yaşlı pakistanlını hələ keçən il həbs ediblər.
Yenicag.az “Technote.az”a istinadən xəbər verir ki, Raza, “Facebook”da istifadəçilərdən biri ilə diskussiya aparıb. Diskussiya apardığı istifadəçi isə terrorçuluqla mübarizə üzrə casus imiş. Antiterror məhkəməsi, “Facebook”da yaşanmış diskussiya zamanı Raza tərəfindən işlədilmiş sitatları təqdim etməyib. Razanın vəkilinin verdiyi məlumata əsasən ittiham olunan Raza əslində yerli cinayət məcəlləsinin 298A maddəsinə uyğun olaraq cəzalandırılmalı idi. Bu maddəyə əsasən dini şəxsləri təhqir etmiş insanlar 2 il müddətinə azadlıqdan məhrum olunurlar. Lakin sonradan Raza-nın, Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün onu 295C maddəsilə ittiham ediblər.
Pakistanda kafirlik ciddi cinayət hesab edilir. Məhəmməd peyğəmbərin təhqir olunması kimi həyata keçirilmiş cinayət isə dəhşətli cəza ilə nəticələnir. Məlumata əsasən 10-larla Pakistan vətəndaşı, 295C maddəsi ilə cəzalandırılıb. Pakistan höküməti aktiv şəkildə qanunu pozanları axtarır və bu işdə Twiter və “Facebook”dan yardım istəyir. Sakinlər həmçinin SMS vasitəsilə qanunu pozan şəxs barəsində məlumat vermək hüququna sahibdir.
www.yenicag.az