!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Facebook”dan şəxsən özü istifadə edən məmur və nazirlər – SİYAHI

!Reklam – Yazi

“Kaspersky Lab” şirkəti Azərbaycanın iternet istifadəçiləri arasında hansı sosial şəbəkələrin populyar olduğunu müəyyən edib.

Şirkət tərəfindən 2018-ci ildə keçirilən araşdırmanın nəticələrinə görə, Azərbaycanda internet istifadəçilərinin 97%-i müntəzəm olaraq “YouTube””a daxil olur. İstifadəçilər arasında daha sonra populyarlığına görə “Instagram” (84%) və “Facebook” (81%) sosial şəbəkələri gəlir. İctimai cəhətdən aktiv insanların əksəriyyəti isə daha çox “Facebook”dan istifadə edir.

Yenicag.az xəbər verir ki, “Azxəbər” “Facebook”da şəxsi hesabı olan və həmin hesabı şəxsən özü idarə edən məmur və nazirlərlə bağlı araşdırma aparıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Facebook”da ən aktiv məmurlardan biridir. Davamlı olaraq rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı paylaşımlar edən, daxil olan şikayət və təklifləri sosial şəbəkələr üzərindən dəyərləndirən, ona ünvanlanan suallara şəxsən özü cavab verən V.Hüseynov demək olar hər gün müxtəlif paylaşımlar edir. O dəfələrlə bildirib ki, “facebook” səhifəsinə şəxsən özü nəzarət edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da “Facebook”da şəxsi hesabı olan məmurlardandır. Hələ deputat olduğu vaxtlardan sosial şəbəkələrdə aktivliyi müşahidə olunan komitə sədri “Facebook”da ona ünvanlanan suallara cavab verir, hər gün olmasa da, ara-sıra öz hesabında paylaşımlar edir.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aktiv “Facebook” istifadəçilərindəndir. Öz şəxsi hesabında vaxtaşırı paylaşımlar edən komitə sədrinin burada əsas fəaliyyəti rəhbəri olduğu qurumun gördüyü işlər, rəhbərliyində təmsil olunduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlıdır. Ona edilən müraciətlərə xüsusi həssaslıqla yanaşan M.Qurbanlının dostluğunda yüzlərlə ictimai fəal var.


Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “Facebook” aktivlərindəndir. Dünyada və ölkəmizdə baş verən yeniliklər, rəhbəri olduğu qurumun fəaliyyəti ilə bağlı vaxtaşırı paylaşımlar edən F.Məmmədov öz şəxsi “Facebook” hesabında ona ünvanlanan suallara operativ cavab verir.

Gənclər və idman nazirinin digər müavini Fərhad Hacıyev “Facebook” aktivlərindəndir. Hələ Azərbaycan Gənclər Fonduna rəhbərlik etdiyi dövrlərdə sosial şəbəkələrdə fəallıq göstərən F.Hacıyev bu fəaliyyətini hazırda da davam etdirir. Vaxtaşırı olaraq müxtəlif paylaşımlar edən, müxtəlif status və şərhlərə fikir bildirən nazir müavini digər sosial şəbəkələrdə də fəaldır. Fərhad Hacıyev sosial şəbəkə dostlarına ən operativ cavab verən məmurların başında gəlir.


Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov da aktiv “Facebook” istifadəçisidir. Sosial şəbəkələrdə xüsusi fəallığı ilə seçilən icraçı direktor gənclərin həm onun özünün, həm də fondun fəaliyyəti ilə bağlı suallarına ən qısa müddətə cavab verir. Gənclər təşkilatları və fəal gənclərin fəaliyyəti ilə bağlı öz şəxsi hesabında mütəmadi paylaşımlar edir.


Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov da fəal “Facebook” istifadəçisidir. Davamlı olaraq müxtəlif paylaşımlar edən, sosial şəbəkələrdə yazılan status və şərhlərə münasibət bildirən A.Bağırov hələ vəkil olduğu vaxtlardan aktivliyi ilə seçilir. Kollegiyanın sədri seçiləndən sonra isə bu fəaliyyətində xüsusi canlanma hiss olunur.

Bir neçə ay öncə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Vaqif Abdullayev icra başçısı olduğu dövrdə sosial şəbəkələrdə ümumiyyətlə gözə dəyməsə də, vəzifədən azad edildikdən sonra “Facebook”da xüsusi aktivliyi ilə seçilir. Özünün şəxsi hesabı və səhifəsi olan V.Abdullayev öz səhifəsində paylaşdığı statusları sponsor reklamına da çıxarır.

Maraqlıdır ki, icra başçıları sosial şəbəkələrdən ən uzaq gəzən şəxslərdəndir, onlar yalnız işdən çıxarılandan sonra xalqa yaxın olaraq, böyük kütlənin toplaşdığı şəbəkəyə daxil olurlar. Onlardan fərqli olaraq Milli Məclis üzvlərinin çoxu sosial şəbəkə istifadəçisidir və aktual məsələlərə məhz burada reaksiya verir.

www.yenicag.az

3870
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv