Faktiki hava açıqlandı

media-hightechnic-468x90

Azərbaycanda yanvarın 12-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Qərb küləyi əsib, arabir Qobustanda 16 m/s-dək güclənib.

Sumqayıt, Pirallahı, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Naxçıvan, Quba, Şabranda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600