Azərbaycanda səfərdə olan türkiyəli tanınmış mütəxəssis Fateh Terim, “Qalatasaray”ın idarə heyətinin üzvləri İbrahim Hatipoğlu və Emin İmanov “Qarabağ” klubunun bazasını ziyarət edib.
Yenicag.az qonaqlar ilk olaraq komandanın məşqini izləyib və baş məşqçisi Qurban Qurbanov ilə görüşüb.
Sonra Azərbaycan çempionunun baş direktoru Əmrah Çəlikel ilə görüşən tanınmış mütəxəssis Fateh Terimə və “Qalatasaray”ın idarə heyətinin üzvü İbrahim Hatipoğluna ziyarətin sonunda klubun adından xüsusi hədiyyə təqdim edilib.
Sonda xatirə fotosu çəkilib.
www.yenicag.az