Türkiyənin tanınmış aparıcısı Fatih Portakal Ekrem İmamoğluya “Dövlət bizim dövlətimizir, vali bizim valimizdir, o sözü deməyəcəksiniz” şəklində irad bildirib.
Yenicag.az xəbər verir ki, buna səbəb İmamoğlunun Ordu vilayətinin İcra başçısına qarşı səsləndirdiyi təhqiramiz fikirlər olub.
Belə ki, Fatih Portakal “Fox TV”də yayımlanan xəbər proqramında İmamoğlunun İcra başçısına qarşı söylədiyi iddia edilən”İcra başçısı itlik edir” cümləsinə yer verməyib.
“İmamoğlu İcra başçısına qarşı çox yersiz bir fikir bildirdi. Biz onu efirə vermədik. Ümumiyyətlə siyasətçi gərək əsəblərinə hakim olsun”, – deyə Fatih Portakal qeyd edib.
Həşim Səhrablı
www.yenicag.az