Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Faydalı məhsulların bilmədiyimiz ZİYANLARI

Bir çox faydalı məhsullar var ki, bu məhsullardan düzgün istifadə olunmadıqda onlar orqanizmə ziyan vura bilər.

Yenicag.az sizə bəzi belə məhsulları təqdim edir.

Bal. Ən faydalı və müalicəvi məhsullardan olan bal qızdırıldıqda (məsələn, isti suya saldıqda) orqanizmə çox ziyanlı, hətta kanserogen (xərçəng əmələ gətirən) təsir edə bilər. Araşdırmalar göstərir ki, qızdırılma zamanı balda ziyanlı “oksimetilfurfurol” adlı maddə əmələ gəlir ki, bu maddə orqanizmə toplanmaq və orqanizmi zəhərləmək xüsusiyyətlərə malikdir.

Çay. Müxtəlif bioloji aktiv maddələrlə zəngin olan çayın bir çox xəstəliklərin qarşısını almaq xüsusiyyəti var. Çay ürək-damar sisteminə müsbət təsir edir, xərçəngdən qoruyur, orqanizmin tonusunu qaldırır.

Lakin çoxlu miqdarda istehlak etdikdə çay qanda hemoqlobinin səviyyəsini azaldır. Məsələ burasındadır ki, çay dəmirin orqanizm tərəfindən mənimsənilməsini pisləşdirir. Bu səbəbdən çayı ət xörəklərindən dərhal sonra içmək olmaz.

Ədviyyatlar. Bütün ədviyyatlar çox yüksək mikrob, viris və göbələk əleyhinə təsirə malikdir, bir çox ciddi xəstəliklərin və o cümlədən xərçəngin inkişafının riskini azaldır, immun sistemini stimullaşdırır və s. Lakin ədviyyatları yalnız az miqdarda istifadə etmək lazımdır. Əks halda onlar orqanizmə güclü toksini təsir edə bilər.

Süd məhsulları. Bu məhsulların faydası danılmazdır. Ancaq ət xörəkləri ilə birlikdə (məsələn, dolma qatıqla) bu məhsulları istehlak etmək olmaz ki, bu halda ətdə olan dəmirin orqanizm tərəfindən mənimsənilməsi xeyli azalır.

Düyü. Düyünün orqanizmi təmizləmək, cavanlaşdırmaq kimi çox faydalı xüsusiyyətləri var. Lakin istənilən digər məhsullarla müqayisədə düyüdə güclü zəhər sayılan arsenin miqdarı 10 dəfə çoxdur. Bu maddə düyüyə yetişdirilmə zamanı torpaqdan və sudan düşür. Arsen orqanizmdə toplanaraq xərçəng, ürək xəstəlikləri, diabet, sinir sistemi pozulmalarının riskini xeyli artırır.

Düyüdə arsenin konsentrasiyanı azaltmaq üçün həkimlər düyünü yaxşı yumağı və bişirdikdən əvvəl axşamdan səhərə qədər bol suda islatmağı tövsiyə edirlər. Bu halda aresin miqdarı 80%-ə qədər azalır.

www.yenicag.az

638
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM