Fəhlə iş yoldaşını bıçaqlandı

media-hightechnic-468x90

bicaq_787Şirvanda “Qarasu Oyl” şirkətinin fəhləsi digər fəhləni bıçaqlayıb.

Hadisə bu gün günorta saatlarında Şirvan şəhərində yerləşən “Qarasu Oyl” şirkətinin inzibati binasının yaxınlığında baş verib.

İki fəhlə arasında şəxsi zəmində yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Adıçəkilən şirkətdə bağban işləyən Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü Hüseynov Şamil Adil oğlu həmyerlisini, eyni şirkətdə avtoyuycu işləyən 1991-ci il təvəllüdlü Salmanov Kamran Adil oğlunu bıçaqla vurub. Sonuncu döş qəfəsinin və sağ bazunun kəsilmiş-deşilmiş yaraları ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Yaralı əməliyyat olunaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa