Fəhlələr kanalizasiya quyusuna düşərək öldü - Cinayət işi başlandı

media-hightechnic-468x90

“Ağ şəhər”də iki quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Bakı Şəhər Prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, noyabrın 11-i səhər saat 8 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanıb.

Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər Prokurorluğuna tapşırılıb.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600