Fələstinli qızın fəryadı-Foto

media-hightechnic-468x90

899Fərəh adlı fələstinli qız İsrailin Qəzza sektoruna hücumlarını fərqli yolla dünyaya çatdırır. O, Qəzzada baş verən hadisələrlə bağlı video və audioları hər gün Twitter vasitəsilə bütün dünya ilə paylaşır.

İngiltərinin Times qəzeti 16 yaşlı Fərəh haqqında reportaj hazırlayıb.

“Qəzza mənim bölgəmdir və ağlamadan dayana bilmirəm, çünki bu axşam ölə bilərəm”, – deyə Fərəh Baker iyunun 28-də İsraili Qəzzanı artilleriya atəşinə tutduğu günü Twitterdə paylaşmışdı, 17 min nəfərin isə bu status böyük marağına səbəb olub.

Fərəh İsrailin Qəzzada törətdiklərini bütün dünyaya çatdırmaq üçün əlindən gələni edəcəyəni deyir.

“Jurnalistlər işlərini görürlər. Mən isə baş verənləri kameraya çəkərək sosial şəbəkələrdə paylaşıram. Yatmıram, yemirəm, içmirəm. Heç nə edə bilmirəm. Sadəcə otağımda oturur, radio dinləyir və Twitterdə yazıram. Bəzən səs eşitməmək üçün yastıqla qulaqlarımı və gözlərimi bağlayıram”, – deyə 16 yaşlı fələstinli qız bildirib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600