“Fənərbağça” öz meydanında iki xal itirdi
Türkiyə Super Liqasında XXX tura start verilib.
Yenicag.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
“Fənərbağça” öz meydanında “Rizəspor”u qəbul edib.
4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Digər matçda isə “Konyaspor” səfərdə “Antalyaspor”u 2:0 hesabı ilə məğlub edib.













