Türkiyə Superliqasında “Fənərbağça” lider “Qalatasaray”la arasındakı xal fərqini azaldıb.
Yenicag.az xəbər verir ki, ölkə çempionatının XIV turunda doğma meydanda “Qaziantepspor”u qəbul edən “Fənərbağça” 3:1 hesablı qələbə qazanıb.
Digər İstanbul təmsilçisi “Beşiktaş” isə səfərdə “Hatayspor”la heç-heçəyə razılaşıb – 1:1.
Qeyd edək ki, ötən gün turnir cədvəlinin vahid lideri “Qalatasaray” “Eyüpspor”la 2:2 hesabı ilə heç-heçə etmişdi.
Bu turdan sonra “Qalatasaray” 35 xalla liderliyini davam etdirir. “Fənərbağça” 32 xalla ikinci yerdədir. 22 xal toplamış “Beşiktaş” isə beşinci sırada qərarlaşıb./Oxu.az/
www.yenicag.az