"Fənərbağça"nın futbolçusu oyun zamanı əlini qırıb - Video

media-hightechnic-468x90

Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Fernandao “Konyaspor”la Super Liqanın XXV tur matçında əlini sındırıb.

33-cü dəqiqədə braziliyalı hücumçu cinah asmasından sonra top uğrunda mübarizədə rəqib komandanın qapıçısı Sərkan Kırıntılı ilə toqquşub. Nəticədə Fernandao sol əli üstündə yerə uğursuz düşüb. Meydanı xərəkdə tərk edən “sambaçı” xəstəxanaya çatdırılıb. Onun durumuna rentgen müayinəsindən sonra aydınlıq gələcək. Meydana isə Robin van Persi daxil olub.

Qeyd edək ki, İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda keçirilmiş görüş “Konyaspor”un qələbəsi ilə yekunlaşıb – 3:2.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600