“Fənərbaxça”ya qarşı oyunda Gülənin “barmağı” ortaya çıxdı
Ötən il Türkiyənin “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırımın həbs olunmasına da səbəb olan və hələ də də başa çatmayan məhkəmə iddiasının Fəthullah Gülən tərəfdarlarının işi olduğu bildirilib. Bu barədə Türkiyənin “Milliyet” qəzetinin köşə yazarı Atilla Gökçe yazıb. Gökçə, eşitdiyi söhbətə istinadən Fəthullah Gülən qrupunun Əziz Yıldırımdan 50 milyon dollar istədiyini, pul verilmədiyi üçün məlum məhkəmə prosesinin başladığını yazıb:
“…Keçən həftə çərşənbə gecəsi dostlarım Mehmet Ayan və İlqaz Çinarla birlikdə “Qalatasaraylılar evi”nə, onların dili ilə cəmiyyətə qonaq olduq. “Qalatasaray” basketbol komandasının keçən ilin finalında son “Fənərbağça” qarşılaşmasına çıxmaması ilə əlaqədar olaraq olimpiya prinsiplərinə zidd hərəkət edildiyini, Koç Engin Armanla oyunçuların idman etmək hüququnun pozulduğunu, məhkəməyə verəcəkləri təqdirdə yüksək məbləğdə təzminat ala biləcəklərini dedim.
Sonradan söhbət əsnasında Yarsuvatın xüsusilə “Fənər”in prezidenti barədə dedikləri diqqətimi cəlb etdi:
“Əziz Yıldırım 6222 saylı (İdmanda zorakılıq və nizamsızlığın qarşısının alınması barədə) qanun çərçivəsində mühakimə olundu. Normal, birinci instansiya məhkəməsində mühakimə olunmalı idi. Amma “Giresunspor”un sabiq prezidenti Olqun Peker barədə iddialar çərçivəsində hadisəni “mütəşəkkil cinayət” kimi gördülər və ağır cəza verdilər. Məncə bu səhv idi. Birinci instansiyada günahkar olsa da, qərarın oxunması təxirə salınar və bu qədər gözdən düşməzdi. Bu proseslə əlaqədar mühakimə üsulu qərarları 3 günə dəyişildi. Yaxşı olmadı”.
Yarsuvata, bəs prezidentə niyə belə torba tikildi? – deyə soruşdum.
Bu sözləri dedi:
“Fəthullah Gülən qrupu Əziz Yıldırımdan 50 milyon dollar istədi. Əziz Yıldırım da, “Fənərbağça” da bu məbləği vermədi. Ondan sonra məlum proses başladı. Hələ də başa çatmayan proses!”
Əziz Yıldırımın 2013-cü il iyunun 2-də həbsdən çıxdıqdan sonra “Hürriyet” yazarı Ertuğrul Özkökə başına gələnlərin Fəthullah Gülən qrupunun gətirdiyini, ertəsi gün isə dediklərini təkzib etdiyini xatırlayıram.
Bir də Əziz Yıldırımın tez-tez təkrarladığı bir söz var: Günü gələndə danışacağını, Türkiyədə qalmaqal yaradacaq açıqlamalar verəcəyini deyir “Fənərbağça” prezidenti. Duyqun Yarsuvatın dediklərini yazmamışdan əvvəl zəng vuraraq ondan izn istədim. “Əlbəttə, yaza bilərsiniz” – dedi. Təşəkkür etdim…”.
(anspress)