Fərman İsmayılov Siyəzəndə dəfn olunub

media-hightechnic-468x90

Türkiyə şirkətinə məxsus “Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılov dəfn olunub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, həmyerlimizin nəşi Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə, daha sonra Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə Azərbaycana gətirilib.

Mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından keçirilib. Fərman İsmayılov doğulduğu Siyəzən rayonunun Qozağacı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “MV Mozart” gəmisinə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub./Unikal.org/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05