Artıq 1 ilə yaxındır ki, axtarışda olan FETÖ terror şəbəkəsinin əsas simalarından olan Adil Öksüzün saatı da müzakirə mövzusuna çevrilib.
Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Adil Öksüz məhkəmədən sərbəst buraxılarkən, üzərində Hərbi Hava Qüvvələrinin emblemi təsvir olunmuş “Quantum” markalı saatını və kəmərini özü ilə götürə bilməyib.
Məlumata görə, azadlığa buraxılanda içində lirə və dollar olan pulqabı, jandarm idarəsinin ayaqyolunda gizlətdiyi GPRS cihazı, 2 cib telefonu və 3 fleş-disk ona qaytarılsa da, Öksüz həmin saatını və kəmərini götürməyi unudub.
Qeyd olunur ki, Öksüz saatını geri götürmək üçün hətta Esenboğa hava limanından jandarm bölməsinə zəng də vurub.
Türkiyəli jurnalistlər maraq doğurmuş “Quantum” markası ilə bağlı araşdırma apardıqda maraqlı nəticə ilə üzləşiblər.
Məlum olub ki, “Quantum” markası 2013-cü ildə “Time Art” firmasından “Arıkan Saat” şirkətinin mülkiyyətinə keçib.
Dəqiqləşdirilib ki, Öksüzdə də olan Hərbi Hava Qüvvələrinin emblemi təsvir edilmiş “Quantum” markalı saatlar 2007 və 2011-ci illərdə əməkdaşlıq protokolu əsasında istehsal edilib.
“Arıkan Saat” təmsilçiləri bu barədə əlavə məlumat verməyiblər.
www.yenicag.az