FETÖ-dən daha bir şeytani taktika

media-hightechnic-468x90

Türkiyədə 15 iyul 2016-cı il tarixində çevrilişə cəhd edən FETÖ terror təşkilatının daha bir taktikası üzə çıxıb.

Yenicag.az türk mediasına istinadən bildirir ki, etirafçı olan E.Ş “2048” oyunu vasitəsilə əlaqə saxladıqlarını bildirib. 24 saat ərzində bütün yazışmaları silən “By Lock” terrorçuların əsas rabitə kanalına çevrilib. Bir çox insanın telefonuna yüklənən “2048” oyununda daha gizli bir tətbiq ərsəyə gətirilib. Burada qeydə alınan bütün yazışmalar sadəcə, terror təşkilatının üzvləri tərəfindən görülür.

Qeyd edək ki, şəbəkə içində şəbəkə yaratdıqlarını etiraf edən E.Ş “By Lock” istifadəçilərinin həbsindən sonra – 2017-ci ilin yay aylarından etibarən “2048” vasitəsilə terror təşkilatının digər üzvləri ilə əlaqə saxladığını söyləyib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600