!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-nun şərlədiyi polkovniklərə vəzifə verildi: Admiral rütbəsi aldılar

!Reklam – Yazi

Türkiyə Ali Hərbi Şurasının ötən gün keçirilmiş iclasında müxtəlif qoşun növlərinin komandanlığında yeni rotasiyalar həyata keçirilib.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ali Hərbi Şuranın toplantısında gerçəkləşən təyinatlar daha çox Hərbi Dəniz Qüvvələrini əhatə edib. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan vitse-admiralı Atilla Kezek mediada dərc etdirdiyi məqaləsində yeni təyinatlarla əlaqədar maraqlı məqamlara toxunub.

Kezekin yazdığına görə, Hərbi Dəniz Qüvvələrində yeni vəzifələrə irəli çəkilən hərbçilərin bir çoxu vaxtilə FETÖ terror şəbəkəsi tərəfindən saxta ittihamlara məruz qalıb:

“43 il uniformasını geyindiyim Hərbi Dəniz Qüvvələrimizdə gözlənilməz hadisələr baş verdi. Gözlənilən tək hal admiral Bülent Bostanoğlunun ehtiyata göndərilməsi idi. Onun yerinə keçəcəyi gözlənilən donanma komandanı, admiral Veysel Kösele isə Dəniz Qüvvələrinin komandanlığına gətirilmədi. Yəni Köseleyə “istefaya get” deyildi. Köselenin yerinə keçəcəyi ehtimal olunan iki vitse-admiral – Hasan Uşaklıoğlu və Serdar Dülger də ehtiyata göndərildi.

Dəniz Qüvvələrində yuxarıdan aşağıya 1, 3, 4 nömrəlilər ehtiyata göndərildi, 2 nömrəliyə isə “istefaya get” deyildi, 5-ci səviyyəli vitse-admiral da təyinat almayaraq, fərqli vəzifəyə göndərildi.

6-cı səviyyədə olan Dəniz Qüvvələri Qərargahının rəisi Adnan Özbal isə vitse-admiral rütbəsi ilə Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edildi. Göründüyü ki, Ali Hərbi Şura bu məsələlərə dair fərqli yanaşma ortaya qoydu. Görəsən, bütün bunların səbəbi bəzilərinin 15 iyul gecəsi toylarda və ya düşərgələrdə olmaları idi? Cavabı Ali Hərbi Şuraya məlumdur.

Ancaq burada bəzi həqiqətlər də var: yəqin ki, bir zamanlar qondarma ittihamlar irəli sürülməsəydi, bu gün ehtiyata göndərilənlər və vaxtında təyinat almayanlar da indiki yerlərində olmayacaqdılar.

Ali Hərbi Şuranın Hərbi Dəniz Qüvvələri ilə bağlı təyinatlarında sevindirici məqamlar da var: kontr-admiral rütbəsi alan polkovniklərdən 5-nin – Türker Koçpınar, Yavuz Kılıç, Ayhan Gedik, Cem Okyay və Şafak Duruer – “Balyoz” işi, 2-sinin – Aykut Manioğlu və Yalçın Özkütük – isə casusluq ittihamı ilə sıradan çıxarılmasına cəhd edilmişdi”.

Yenicag.Az

COP29

www.yenicag.az

1007
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv