Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

FETÖ - PKK gizli əməkdaşlığı: Zekeriya Öz terrorçuları azadlığa necə buraxıb?

FETÖ-çu prokuror Zekeriya Öz və terrorçu PKK arasında cinayətkar bağlılığın olduğu xüsusi xidmət orqanları tərəfindən üzə çıxarılıb.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın rəhbərlərindən biri – kod adı “Evindar Ararat” olan Belgüzar Dumlu 3 qadın terrorçuya təcavüz edərək, sürgün olunan qardaşı, kod adı “Serhat” olan Bülent Dumlunu xilas etməsinin detalları aşkarlanıb.

Məlumata görə, Dumlu 2008-ci ildə “Ergenekon” işinin əsas istintaqçılarından biri olan və 15 iyul çevriliş cəhdindən sonra xaricə qaçan Zekeriya Özün təlimatı əsasında FETÖ-çu polislər tərəfindən dindirilib. Dumlu dindirmə zamanı Özün tövsiyəsi ilə “Ergenekon” işində mühakimə edilən bəzi komandirlərin PKK ilə əlaqələri olduğuna dair 37 səhifəlik ifadə verib.

Bingölün Genç rayonunda 4 əsgərin şəhid olduğu terror hücumu da daxil olmaqla, hökumət qüvvələrinə qarşı 8 basqında iştirak etmiş Bülent Dumlu bu cinayətlərinə baxmayaraq, peşmanlıq hökmündən yararlanaraq, azadlığa buraxılıb. 2012-ci ildə yenə də Zekeriya Özün yardımı ilə xarici pasport və şəxsiyyət vəsiqəsi alan Dumlu rahat şəkildə ölkəni tərk edərək, Şri-Lankaya gedib.

Bununla belə, Dumlunu sərbəst buraxan hakim Ali Girginin özü də 15 iyuldan sonra həbs edilib. Kəşfiyyat məlumatlarına əsasən, Zekeriya Özün gizli kanllarla PKK rəhbərləri ilə əlaqəsi qurulub və Belgüzar Dumlu bu çərçivədə qardaşının azadlığa buraxılacağına dair ondan təminat alıb.

Yeniçağ.Az

www.yenicag.az

502
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100