Xalq artisti Fəxrəddin Manafov Səməd Vurğun adına Rus Dram Teatrından getməsi xəbərini təsdiq edib. Aktyor işdən getməsinin səbəblərini teatrda qarşılaşdığı narazılıqlarla əlaqələndirib. Hansı ki, bir neçə gün öncə, Rus Dram Teatrının direktor müavini İlham Məmmədov xalq artistinin iş başında olduğunu demişdi.
Məsələyə aydınlıq gətirmək üçün teatrın direktor müavininə müraciət etdik.
Yenicag.az-a açıqlama verən İ.Məmmədov aktyorun hələ də işdən çıxarılmadığını bildirdi:
“Fəxrəddin Manafov böyük aktyordur, xalq artistidir. Biz onun teatrdan getməsini istəmirik. Bütün yaradıcı adamlarda olduğu kimi, o da həsasdır və ola bilsin ki, nədənsə inciyib. Onun narazı olduğu məsələlər həll olunasıdır. O, iki ildir ki, bizim teatrda çalışır. İki tamaşada rol alıb. Birindən özü imtina edib, digər “Mərasim” adlı tamaşada isə baş rolda oynayır. O ştatdadı, biz onun işdən getməsini istəmirik. Onunla hər gün danışırıq”.
Qeyd edək ki, F.Manafov 1news.az-ın redaksiyasına məktub göndərərək işdən getdiyini təsdiqləyib.
Cəvahir
www.yenicag.az