FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.

media-banner_tuq

FHN-dən Yenicag.az-a verilən xəbərə görə, tədbirdə Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Zaur Kərimov, FHN Akademiyasının rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisinin birinci müavini Fuad Mehbalıyev görüşün əhəmiyyətindən söz açıb, bu cür tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması təhsil prosesinin əsas prioritet istiqamətlərindən biridir və bu səpkili görüşlər kursantların xidmətə hazırlanmasında, peşəkar dünyagörüşünün və operativ qərarvermə bacarıqlarının formalaşmasında mühüm rol oynayır.

Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Zaur Kərimov bildirib ki, sözügedən qurum FHN-in fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin operativ idarə olunmasını həyata keçirən struktur qurumudur. O, Mərkəzin strukturu, iş prinsipləri, fəaliyyətində istifadə edilən müasir proqram təminatları, GIS (Coğrafi İnformasiya Sistemi), rabitə və monitorinq sistemləri, həmçinin “112” qaynar telefon xəttinin iş prinsipi barədə ətraflı məlumat verib.

İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

media-6a043346cd6df6a043346cd6e017786601666a043346cd6dc6a043346cd6dd-1 media-6a043346c72a16a043346c72a217786601666a043346c729e6a043346c72a0 media-6a043346ba4476a043346ba44817786601666a043346ba4446a043346ba445 media-6a043346b3e8a6a043346b3e8b17786601666a043346b3e886a043346b3e89 media-6a043346cd6df6a043346cd6e017786601666a043346cd6dc6a043346cd6dd media-6a043346d3f126a043346d3f1317786601666a043346d3f0f6a043346d3f11

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05