FHN yanğın xəbərini təkzib etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) Cəfər Cabbarlı adına kitabxanada yanğın baş verməsi haqqında məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin “101” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda Cəfər Cabbarlı adına kitabxanada yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə DYMX-nin müvafiq qüvvələri cəlb edilib, lakin göstərilən ünvanda yanğın hadisəsi aşkar olunmayıb.