!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

FİDE prezidentinə Teymur Rəcəbovla bağlı MƏKTUB

!Reklam – Yazi

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadiy Dvorkoviç, peşəkar şahmatçılar və şahmat həvəskarlarına açıq məktub ünvanlayıb.

Yenicag.az xəbər verir ki, üçqat Avropa çempionları məktubda koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İddiaçılar Turnirinin belə şəraitdə keçirilməsinin səhv qərar olduğunu bildirib və FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasına qaytarmağı xahiş və tələb ediblər.

Məktubda deyilir ki, belə şəraitdə İddiaçılar Turnirinin keçirilməsi və dayandırılması normal idman prinsiplərinə qarşı addım sayılır və şahmatçıların sağlamlığına qarşı biganə münasibətin göstəricisidir. FİDE qəbul etdiyi qərarlara görə şahmatçılar və şahmat dünyası qarşısında məsuliyyət daşımalıdır. Biz hadisələrin belə davam etməsindən zərərçəkən komanda yoldaşımız Teymur Rəcəbovun İddiaçılar Turnirində iştirakçılar sırasına qaytarılmasını xahiş və tələb edirik.

Qeyd edək ki, məktub Şəhriyar Məmmədyarov, Arkadiy Naydiç, Rauf Məmmədov, Nicat Abasov və Qədir Hüseynovun adından göndərilib

COP29

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv