Fikrət Qocadan xəbər var
Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın səhhəti yaxşılaşıb.
Şairin qardaşı, tərcüməçi Hamlet Qocanın verdiyi məlumata görə, F. Qoca bu gün reanimasiya şöbəsindən palataya köçürüləcək: “Əməliyyata ehtiyac olmayıb, ürək damarlarını təmizləyiblər, indi özünü yaxşı hiss edir. Bu gün palataya köçürüləcək, yəqin palatada iki gündən artıq saxlamazlar. Ən gec üç günə biz də yolunu gözləyirik”.
Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq İstanbula aparıblar.