Fizika üzrə Nobel mükafatı laureatları məlum oldular

media-hightechnic-468x90

2024-cü il Fizika üzrə Nobel Mükafatına ABŞ-li alim Con Hopfild və Britaniya-Kanada alimi Ceffri Hinton layiq görülüblər.

Yenicag.az xəbər verir ki, İsveç Kral Elmlər Akademiyasının bu qərarı oktyabrın 8-də İsveçin paytaxtında Nobel Komitəsi tərəfindən elan edilib.

Məlumata görə, Con Hopfild və Ceffri Hintona mükafat süni neyron şəbəkələrindən istifadə edərək maşın təliminin əsasını təşkil edən fundamental kəşflərə və ixtiralara görə verilib.

Qeyd edək ki, ümumilikdə, 1901-ci ildən bəri fizika üzrə Nobel mükafatı 117 dəfə verilib və 224 nəfər onun laureatı olub. Mükafatın məbləği 11 milyon İsveç kronu (təxminən 825 min avro) təşkil edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600