“Avamlığın pik nöqtəsi!!! Haqq-nahaq savaşını sənə xas olan “uddum-uduzdum” səviyyəsinə endirdin, Afət. Artıq sənə məhkəmədə dedim sözümü: “Demisən, sözünün arxasında dur, özünü alçaltma, bağışlayan deyiləm”. Qürur mənbəyi seçdiyin atan Fərmanın adına da hörmət etmədin. Təkrar edirəm. Özünü bir daha alçaldıb, yalvarma”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova məhkəmə çəkişməsində olduğu müğənni Afət Fərmanqızının ünvanına söyləyib.
Flora Kərimova Afət Fərmanqızını onun adından gündəmdə olmaq üçün istifad etməklə suçlayıb:
“Ana-bala arasında söz-söhbət olur”, – deyib mahir olduğun yalanlarla günah qurbanını əbəs yerə axtarma.
Yaradan bəndəsini verdiyi xislətlə ya qarğışlayar, ya da alqışlayar.
Misal çəkdiyin Ülviyyə də “uddum” deyirdi, indi isə o həddə çatıb ki, mənə uzadan dilinin qurbanı olub, maşınını satışa qoyub. Ay zavallı! Bəs sən nəyini satışa qoyacaqsan??? İki il ərzində cəzadan yayınmaqdan ötrü ölkəndən, evindən didərgin düşüb, qazancından qalıb, Rusiyanı addım-addım sürünən, dolanmaq xətrinə yeməkxanalarda oxuyan sən, nəyini satışa qoyacaqsan?!!
Görünür, məqsədin hər nə hesabına gündəmdən düşməməkdir. Darıxma! Özünü öldürmə! Layiq olduğun gündəm özü səni tapacaq!”
www.yenicag.az