“Formula 1” Azərbaycan Qran-Prisinə bütün biletlər satıldı

media-hightechnic-468x90

“Formula 1” Azərbaycan Qran Prisi 2024-ə olan maraq gözləntiləri üstələyib.

Yenicag.az xəbər verir ki, 13-15 sentyabr tarixlərində keçiriləcək yarışa bütün tribuna biletləri satılıb.

Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına “Zəfər” və “Qız Qalası” tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.

Builki yarış yalnız azarkeşləri deyil, bütün dünyanın diqqətini yenidən Bakıya yönəldəcək. Azərbaycan Qran Prisi azarkeşlərə təkcə bolidlərin səs-küyünü deyil, həm də xüsusi əyləncə proqramları ilə dolu bir həftəsonu vəd edir. Dörd günlük bilet sahibləri yarışı izləməklə yanaşı Pit zolağı gəzintisi və 13-14 sentyabr tarixlərində baş tutacaq dünya ulduzlarının konsert proqramlarında iştirak edirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600