“Formula-1” Azərbaycan Qran-Prisi zamanı nəqliyyatın hərəkəti üç ərazidə qadağan ediləcək – İçərişəhər, Azadlıq Meydanı və BMT-nin 50 illiyi küçəsini əhatə edir.
Yenicag.az xəbər verir ki, bu zonalara daxil olmaq üçün icazə sənədi almaq lazım gələcək. Belə ki, müvafiq olaraq İçəri şəhər Dövlət Tarix-memarlıq Qoruğu İdarəsi, 4 saylı Mənzil Kommunal İstismar Sahəsi və 58 saylı Mənzil Kommunal İstismar Sahəsindən icazə sənədlərinin alınması mümkündür.
İcazə sənədi olanlar İçərişəhər və Azadlıq Meydanı zonasına saat 00:00-06:00 BMT-nin 50 illiyi küçəsi zonasına isə istənilən vaxt daxil ola biləcəklər. Bu müddət 23 aprel – 1 may tarixləri üçün etibarlıdır.
www.yenicag.az