Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start verilib.
Yenicag.az saytının əməkdaşı yarış fan-zonasına baş çəkib.
Burada azarkeşlər üçün yüksək səviyyəli şərait yaradıldığını deyə bilərik. Amma qiymətlər bir qədər bahadır.
Məsələn, adi su almaq istəsən, bunun üçün 2 manat ödəməlisən.
Şaurma 8, dönər isə 5 manatdır. Turistlər daha çox pivə almağa üstünlük verirlər ki, spirtli içkinin də bir stəkanı 7 manata başa gəlir.
Fan-zonada “Formula 1” yarışının atributları da satılır. Qidalardan fərqli olaraq fan-şopdakı məhsullar olduqca bahadır. Məsələn, gündən qorunmaq üçün istifadə edilən adi papağın qiyməti 100-150 manat arası dəyişir.
Gödəkçələrin qiyməti 500 manatdır. İştirakçılar barədə hazırlanan bir neçə səhifəlik jurnala görə isə 30 manatından keçməlisən.
Emin Səfərov
Yenicag.az
www.yenicag.az