“Formula-1” – Sərbəst yürüşlər başladı

media-hightechnic-468x90

serbest yurussBu gün Bakıda keçirilən “Formula-1” yarışları çərçivəsində GP2 seriyası üzrə sərbəst yürüşlər başlayıb.

media-banner_tuq

Hazırda pilotlar Bakı trekini sınaqdan keçirirlər.

Qeyd edək ki, GP2 mərhələlərindən biri Bakıda keçirələcək Avropa Qran Prisinin dəstək yarışı qismində baş tutur. İlk baxışdan maşının görünüşü “Formula -1” bolidini xatırladır, ancaq detallı baxış keçirdikdən sonra böyük fərqin olduğu ortaya çıxır: GP2 bolidləri kiçikdirlər, antiqanadlar və ümumi aerodinamik elementlər daha sadə görünürlər və s.

2016-cı ilin təqvimi 11 yarışdan ibarətdir və hamısı “Formula -1” həftəsonu çərçivəsində keçirilir.

Mövsüm İspaniyanın Barselona trekində start alır və Əbu Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi “Formula -1” Avropa Qran Prisinin dəstək yarışı kimi Bakı Şəhər Halqasında baş tutacaq. Ümumən çempionatda hər birində 2 sürücü olmaqla 12 kollektiv təmsil olunur. Ancaq mövsümün Barselonada ilk yarışına 21 sürücü bəyan olunub – bu Status Grand Prix komandasının hələ də tərkibini müəyyən edə bilməməsi ilə bağlıdır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05