“Formula-1” üzrə Azərbaycan Qran-Prisinin tarixi açıqlandı

media-hightechnic-468x90

2020-ci ildə Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər.

Yenicag.az-ın məlumatına görə, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Qeyd olunur ki, ilkin yarış cədvəlinə əsasən 2020-ci il mövsümündə 17 mərhələ baş tuta bilər.

Nəzərdə tutulan cədvəl reallaşdırılsa, mövsümün ilk yarışı Avstriyada keçiriləcək.

“Bild”in açıqladığı təqvim
1-2. Avstriya – 5 və 12 iyul
3-4. Böyük Britaniya – 26 iyul və 2 avqust
5-6. Macarıstan – 16 və 23 avqust
7. Azərbaycan – 6 sentyabr
8. Sinqapur – 20 sentyabr
9. Rusiya – 27 sentyabr
10. Çin – 4 oktyabr
11. Yaponiya – 11 oktyabr
12. ABŞ – 25 oktyabr
13. Meksika – 1 noyabr
14. Braziliya – 8 noyabr
15. Vyetnam – 22 noyabr
16. Bəhreyn – 6 dekabr
17. BƏƏ – 13 dekabr

Xatırladaq ki, mart ayında Bakı Şəhər Halqası əməliyyat şirkəti koronavirus pandemiyası ilə əlaqədar iyunun 5-7-də nəzərdə tutulmuş mərhələni təxirə salmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600