“Formula 1” üzrə Kanada Qran-prisi qeyri-müəyyən müddətə təxirə salınıb.
Yenicag.az xəbər verir ki, bunu yarışın təşkilatçıları açıqlayıb.
İyunun 14-də Monrealda baş tutması planlaşdırılan yarış koronavirus pandemiyası üzündən qeyri-müəyyən müddətə keçirilib.
Bununla da baş tutmayan mərhələlərin sayı 9-a çatıb. İndiki vəziyyətə əsasən, mövsüm iyunun 28-də Pol-Rikardakı Fransa Qran-Prisi ilə başlayacaq. Lakin həmin yarış da sual altındadır.
Qeyd edək ki, bunadək Bəhreyn və Vyetnam mərhələləri ləğv edilib. Avstraliya, Çin, Niderland, İspaniya, Monako və Azərbaycan Qran-Priləri isə qeyri-müəyyən müddətə təxirə düşüb.