!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fox News: İran yenə ballistik raket sınağı keçirib

!Reklam – Yazi

İran yenə ballistik raket sınağı keçirib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat verib.

Xəbər adının açıqlanmasını istəməyən hərbi mənbəyə istinadən yayılıb. Məlumata əsasən, sınaq Tehrandan 225 kilometr aralıda, Semnan şəhərinin ətrafında keçirilib.

Yanvarın 30-da İran BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, orta mənzilli ballistik raket sınağı keçirib. İranın müdafiə naziri Hüseyn Dehqan ballistik raket sınaqlarının keçirilməsini təsdiqləyərək bildirib ki, bu addım 2015-ci ildə rəsmi Tehranla “altılıq” arasında nüvə proqramına dair Hərtərəfli Fəaliyyət Planına zidd deyil. Rəsmi Vaşinqton isə İranın raket sınaqlarını pisləyib, bu addımın regionda təhlükəsizlik və sabitliyin pozulması kimi qiymətləndirib. ABŞ həmçinin İrana qarşı sanksiyaları genişləndirib.

Yeniçağ.Az

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv