Futbol üzrə Fransa çempionatının 8-ci turu çərçivəsində keçirilən “Amyen” – “Lill” oyununda faciə yaşanıb.
Yenicag.az xəbər verir ki, matçın ilk yarısı oynanılarkən “Stad de la Likon” stadionunda tribunanın bir hissəsi uçub. Belə ki, 15-ci dəqiqədə qonaq komandanın heyətində Fode Ballo qol vurduqdan sonra azarkeşlərinin yer aldığı tribunaya tərəf qaçıb. Bu zaman azarkeşlərin önə doğru axışması faciə ilə nəticələnib. Tribunanın uçması nəticəsində azı 20 nəfər xəsarət alıb. Onlardan bəzilərinin zədəsinin ciddi olduğu bildirilir.
Xoşagəlməz hadisə səbəbindən oyun davam etdirilməyib.
www.yenicag.az