Fransa Fələstinin müstəqilliyini tanımağa hazırlaşır
Biz Fələstinin dövlətçiliyinin tanınması istiqamətində irəliləməliyik və bunu qarşıdakı aylarda edəcəyik.
Yenicag.az ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu Fransanın prezidenti Emanuel Makron bildirib.
Onun sözlərinə görə, bu addımı Birləşmiş Millətlər Təşkilatının İsrail-Fələstin münaqişəsi ilə bağlı beynəlxalq konfransında rəsmiləşdirmək niyyətindədir.
“Frana Səudiyyə Ərəbistanı ilə birlikdə iyun ayında keçiriləcək zirvə toplantısına həmsədrlik edəcək. Mən bunu kiməsə xoş olsun deyə etmirəm. Bunun doğru addım olduğu üçün edəcəyəm”, -deyə o qeyd edib.
İsrailin xarici işlər naziri Gideon Saar isə Fransa hökumətinin bu niyyətini tənqid edib.
“Reallıqda mövcud olmayan uydurma Fələstin dövlətinin istənilən ölkə tərəfindən bir tərəfli tanınması, terror üçün mükafat, HƏMAS üçün isə dəstək olacaq,” – o, “X” sosial şəbəkəsində yazıb./trend