Fransa parlamenti miqrantların saxlanma müddətini UZATDI

media-hightechnic-468x90

Fransa Parlamenti təhlükəli hesab edilən və deportasiya prosesində olan əcnəbilərin inzibati nəzarət mərkəzlərində saxlanma müddətini 210 günə qədər artıran qanun layihəsini qəbul edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, qanun Senatın (parlamentin yuxarı palatası) Baş Assambleyasında müzakirəyə çıxarılıb və keçirilən yekun səsvermədə 108 “əleyhinə” səslə müqayisədə 228 “lehinə” səslə təsdiqlənib.

Qeyd edək ki, sözügedən qanun layihəsi daha əvvəl parlamentin aşağı palatası olan Milli Məclisdə də qəbul olunmuşdu. Beləliklə, sənəd parlamentin hər iki palatasından keçmiş oldu.

Yeni qanuna əsasən, təhlükəli sayılan və deportasiya prosesində olan əcnəbilərin inzibati nəzarət mərkəzlərində maksimum saxlanma müddəti 90 gündən 210 günə qaldırılır. İndiyə qədər bu müddət ümumilikdə 90 gün idi və yalnız terror cinayətlərindən məhkum edilmiş şəxslər üçün 210 günə qədər uzadıla bilirdi.

Fransanın daxili işlər naziri Brünö Retayyo bu dəyişikliklə bağlı “X” hesabında paylaşım edərək parlamentin qərarını “böyük irəliləyiş” kimi dəyərləndirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05