Fransada merin evinə hücum edildi, həyat yoldaşı və övladı yaralandı - VİDEO

media-hightechnic-468x90

Fransanın İl-de-Fransa metropoliten bölgəsindəki Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edildiyini, həyat yoldaşı və uşağının yaralandığını bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə meriyanın rəhbəri “Twitter” səhifəsində yazılıb.

Onun sözlərinə görə, hələ şəxsiyyəti məlum olmayan şəxslər avtomobili merin evinə çırpıblar:

“Sonra arvadım və iki azyaşlı uşağımın yatdığı evi yandırmaq üçün nəqliyyat vasitəsinə alov vurublar. Övladımın biri və həyat yoldaşım yaralanıb”.

Vinsent Janbryun əlavə edib ki, hadisə baş verən zaman o, özü də meriyanın binasında olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600