Fransalı nazir: “Biz Ermənistanla strateji tərəfdaşlıq formatı yaratmaq niyyətindəyik”

media-hightechnic-468x90

“Ermənistan və Fransa faktiki mövcud olan strateji əlaqələrini rəsmi sənəd şəklində rəsmiləşdirməyi planlaşdırır”.

Yenicag.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro İrəvanda Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Ölkələrimiz və xalqlarımız arasında münasibətlər artıq böyük ölçüdə strateji xarakter daşıyır”, – deyə Barro vurğulayıb.

Onun sözlərinə görə, Fransa və Ermənistan arasında əməkdaşlıq infrastruktur, texnologiya və digər sahələri əhatə edir. Fransalı nazir qeyd edib ki, bu əməkdaşlıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birlikdə sənədlə rəsmiləşdiriləcək.

“Biz bütün bu əlaqələri yazılı sənədə çevirərək, strateji tərəfdaşlıq formatı yaratmaq niyyətindəyik. Bu, artıq mövcud olan münasibətləri daha rəsmi xarakterə salacaq, eyni zamanda, gələcək üçün o cümlədən müdafiə sahəsində yeni layihələr və təşəbbüslər nəzərdə tutacaq”, – deyə Barro əlavə edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə öz növbəsində diqqətə çatdırıb ki, Ermənistan və Fransa elə istiqamətlərdə və sahələrdə əməkdaşlıq edir ki, bu, hətta strateji tərəfdaşlıq sənədi olan ölkələrin belə münasibətlərində müşahidə olunmur.

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600