Fransanın baş naziri Fransua Bayru ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqi olan amerikalı milyarder İlon Maskın demokratiya üçün təhlükə yaratdığını bildirib.
Yenicag.az xəbər verir ki, Fransa baş nazirinin bu açıqlamasını Reuters xəbər agentliyi yayıb.
Bayru keçən həftə Fransanın və ümumilikdə Avropanın Trampa və onun siyasətinə qarşı müqavimət göstərməsi lazım olduğunu, əks halda onların “əzilə biləcəyini” bildirdikdən sonra İlon Mask haqqında fikirlərini söyləyib.
“İlon Mask demokratiyalar üçün təhlükə yaradır”, – deyə Bayru yerli televiziyaya verdiyi müsahibədə bildirib.
O, həmçinin vurğulayıb ki, “pul, insanların vicdanını idarə etmək hüququ verməməlidir”.
Xatırladaq ki, bu yaxınlarda İlon Mask Böyük Britaniyada İngilis kanalı adlandırılan La-Manşın adını Corc Vaşinqton kanalı olaraq dəyişdirməyi təklif edib./qaynarinfo
www.yenicag.az