Futbolçu azarkeşlər tərəfindən öldürülüb

media-hightechnic-468x90

futnol_248t7373Argentina III liqasında faciə yaşanıb.

“Tiro Federal” və “Çakarito” matçında əvvəlcə futbolçular arasında dava düşüb.

“Tiro Federal”ın 3:1 hesabı ilə öndə olduğu qarşılaşmada oyunun baş hakimi görüşü təxirə salıb. Buna səbəb isə oyunçular arasında davadan sonra hakim 8 futbolçunu meydandan qovması olub. Lakin faciə bundan sonra baş verib.

Belə ki, stadionun kənarında olan azarkeşlər “Tiro Federal”ın kapitanı Franko Antonio Nietoya hücum edib. Başından xəsarət alan 33 yaşlı oyunçu xətəxanaya çatdırılsa da, onun həyatını həkimlər xilas edə bilməyib.

Hadisədən sonra polis 3 nəfəri saxlayıb.

Qeyd edək ki, İspaniya La Liqasının XIII turunda “Atletiko” – “Deportivo” oyunundan əvvəl iki komandanın azarkeşləri arasında baş verən dava nəticəsində 1 nəfər dünyasını dəyişmişdi.

(milli.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600