Füzuli şəhərində yeni tikilmiş uşaq bağçasının açılışı olub- YENİLƏNİB

media-hightechnic-468x90

İşğaldan azad edilən və yenidən qurulan Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub.

media-banner_tuq

Yenicag.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılışda iqtisadiyyat naziri Mikayıl Cabbarov, Elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, “Lukoil” neft şirkətinin qurucusu Vahid Ələkbərov, “Lukoil Azərbaycan”nın Baş direktoru Rasim Əmrəliyev, Füzuli şəhər sakinləri iştirak edib.

Körpələr evi-uşaq bağçası 2 mərtəbəli, 240 yerlik olmaqla 2,4 hektar torpaq sahəsində inşa edilmişdir. Binada qrup, inzibati, yataq otaqları, rəqs, idman və musiqi zalları, hovuz, soyunub-geyinmə otaqları, mətbəx, müasir avadanlıqlarla təchiz olunmuş metodika otağı, kompüter otağı, həkim otağı, dezinfeksiya otağı, izolyator palata, camaşırxana, tərəvəzlərin ilkin emalı sexi, tərəvəz sexi, ət-balıq sexi, quru ərzaq anbarı, işçi heyəti üçün yeməkxana, elektrik və server otaqları, həmçinin həyətində oyun meydançaları və digər zəruri infrastruktur qurulmuşdur. Burada uşaqların ilkin biliklərə yiyələnməsi, rahatlığı və əylənməsi üçün bütün zəruri şərait yaradılmışdır.

***

Füzuli şəhərində yeni tikilmiş uşaq bağçasının açılışı keçirilir.

Yenicag.az xəbər verir ki, tədbirdə Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov iştirak edir.

Emin Hüseynov qonaqlara Füzulidə həyata keçirilən layihələr barədə məlumat verib./APA/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05