Argentinada keçirilən G20 zirvəsində maraqlı anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin davranışları mediada gündəmə çevrilib.
Belə ki, Azov dənizində yaşanan gərginlikdən sonra ikili görüşməni təxirə salan liderlər, sammit ərzində yan-yana gəlməmək üçün əllərindən gələni edib.
Həmçinin, iki liderin bir-biri ilə görüşmədiyi də diqqətdən yayınmayıb.
Daha əvvəl isə, Putinin jurnalist Camal Qaşıqçı cinayətində təqsirləndirilən Səudiyyə Ərəbistanı şahzadəsi ilə səmimi görüntüləri G20-nin əsas gündəminə çevrilməyi bacarıb.
Qeyd edək ki, liderlərin sammitdə ikili görüşmə keçirib əsas məsələləri müzakirə edəcəkləri gözlənilirdi. Lakin, Azov dənizində yaşanan gərginlikdən sonra rəsmi “Ağ Ev” bu görüşün baş tutmayacağını açıqlayıb.
www.yenicag.az