Gecə klubunda yaralanıb bu gün vəfat edən Ayxan kimdir? - FOTO

media-hightechnic-468x90

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alaraq bu gün vəfat edən Fətullazadə Ayxan Eldar oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Ayxan Fətullazadə İnşaat-texnologiya fakültəsinin 4-cü kursunda təhsil alırmış.

Praktika müddətində olan tələbə gecələr klubda ofisiant işləyib.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva, aprelin 9-da Gülbala Abdullayev vəfat edib. Bu gün isə Ayxan Fətullazadə dünyasını dəyişib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05