Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Gəlin, dönək evə" müsabiqəsinə yekun vuruldu - FOTOLAR

Avqustun 29-u Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü münasibətilə “Çingiz Mustafayev adına Fond” və “ANS Şirkətlər Qrupu”nun hərbi-vətənpərvərlik mövzusunda “Gəlin, dönək evə” adlı mahnı müsabiqəsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasında keçirilən mükafatlandırma mərasimində görkəmli incəsənət xadimləri iştirak edib.

“Ən yaxşı vətənpərvər mahnı” kateqoriyasında Elmar Kərimov, “Ən yaxşı əsgər və şücaət mahnısı” kateqoriyasında isə Gülnar Verdiyeva mükafat qazanıb.

Münsiflər heyətinin xüsusi mükafatını Gülnar Verdiyeva (“Şəhidlər balladası”na görə), “Həvəsləndirici mükafat”ı həvəskar bəstəkar İqbal Ağayev qazanıb.

Qeyd edək ki, Çingiz Mustafayev adına Fond qaliblərə 1 000 AZN pul mükafatı, diplom və VMF milli saat fabrikinin xüsusi olaraq bu müsabiqə üçün istehsal etdiyi saat hədiyyə edib.

Xatırladaq ki, müsabiqənin münsiflər heyətinə Azərbaycanın xalq artisti Cavanşir Quliyev, xalq şairi Sabir Rüstəmxanlı, Bəstəkarlar İttifaqının üzvü Cahangir Zülfüqarov, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev və “Ozan” qrupunun üzvü Rasim Müzəffərli daxil idi. Müsabiqədə 21 mahnı ikinci tura keçsə də, cəmi 4 mahnı qalib seçilib.

www.yenicag.az

134
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100