Gəmi qəzasında ölənlərin sayı 800-ə çatıb

media-hightechnic-468x90

PX*951736Siciliya boğazında qeyri-qanuni miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 800-ə çatıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığından bildiriblər.

“Qəzada 800 nəfərin öldüyü təsdiqlənib”, təşkilatın nümayəndəsi deyib.

Məlum olduğu kimi, aprelin 19-da miqrantları daşıyan kiçik gəmi Liviyanın paytaxtı Tripoli şəhəri yaxınlığından dənizə çıxıb. Gəmidə Əlcəzair, Misir, Somali, Nigeriya, Seneqal, Mali, Zambiya, Qana və Banqladeş vətəndaşları yer alıb.

Son məlumatlara əsasən, 27 nəfərin həyatını xilas etmək mümkün olub. İtaliya polisi qeyri-qanuni miqrantların daşınmasının təşkilində şübhəli bilinən 2 nəfəri saxlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600