Gənc aktrisa xərçəng xəstəliyinə tutuldu
YENİCAG.AZ xəbər verir ki, “Home and Away” adlı serialda 2008 ilə 2011 illərdə oynayan, 23 yaşlı gənc aktrisa Tessa James xərçəng xəstəliyinə tutulub. O, sosial şəbəkə vasitəsi ilə ona dəstək olanlara təşəkkürünü bildirib.
Qan xərçəngi diaqnozu qoyulduğunu deyən gənc aktrisa Instagram səhifəsindən “Bütün sevginiz, dəstəyiniz və dualarınız üçün təşəkkür edirəm” şərhini yazıb.Yayıln məlumata görə, Gold Coast Titans futbol komandasında oynayan Nate Myles ilə evli olan Ceyms qısa müddət ərzində kemoterapiyə başlayacaq. Sağlam həyat tərzi keçirən aktrisanın xərçəngə tutulması xəbərinə ailəsi və pərəstişkarları inana bilməyiblər. Tessa Ceymsə ən böyük dəstəyi, bir vaxtlar sinə xərçənginə yaxalanan və xəstəliyə qalib gələn həmkarı Esther Anderson verdi.
Anderson media vasitəsi ilə “Dostuma indi və bundan sonra gedəcəyi yolun hər addımında sevgilərimi göndərirəm” səsləndi.