Gənc ana doğuş zamanı öldü

media-hightechnic-468x90

1398943692-259Şəkidə ana ölümü faktı qeydə alınıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, Qəbələ şəhəri Həzi Aslanov küçəsi, ev 18 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü, Aygün Famil qızı Kərimova aprelin 22-də günorta saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyə şöbəsində qeyseriyyə əməliyyatı ilə doğuş keçirib.

Doğuşdan sonra Aygün Kərimovanın vəziyyəti qəflətən pisləşib və o, saat 22:30 radələrində ölüb.

Hadisə ilə bağlı Şəki RMX-nın doğum şöbəsinin müdiri Ruziyə Hüseynova APA-ya bildirib ki, Aygün Kərimova aprelin 17-də 35 həftəlik hamiləlik, böyrək çatışmazlığı və yüksək arterial təzyiqlə xəstəxanaya daxil olub.

Xəstəyə lazımı bütün tibbi yardımlar göstərildikdən sonra əməliyyata qərar verilib.

Aprelin 22-də qeyseriyyə əməliyyatı ilə 35 həftəlik qız uşağı götürülüb. Əməliyyatdan 6 saat sonra Aygün Kərimovanın vəziyyətində qəfildən pisləşmə baş verib, müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Bu A. Kərimovanın ikinci hamiləliyi olub. Bundan əvvəl o, Qəbələ RMX-nın doğum şöbəsində təbii yolla iki əkiz oğlan dünyaya gətirib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600