“Gənc” və “yeni” adlandırılan kadrların arasında da rüşvətxorlar az deyil” – REAKSİYA

media-hightechnic-468x90

“Prezidentin bu çağırışını nəzərə almayan məmurlar öz yollarını həbsxanadan salmalı olacaqlar”.

media-banner_tkm

Bu fikirləri prezident İlham Əliyevin dünən yerli telekanallara müsahibəsində qanunazidd əməllər törədən məmurları könüllü istefaya səsləməsini dəyərləndirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu çağırışı nəzərə almayan məmurlar öz aqibətlərini müəyyənləşdirmiş olacaqlar:

“Çox təəssüf ki, bu gün Azərbaycanda davam edən islahatlar və yenilənmə fonunda hələ də bu cür məmurlara rast gəlinir. Düşünürəm ki, o tip məmurlar öz yollarını həbsxanadan salmalı olacaqlar.

Xatırladım ki, prezident əvvəllər də analoji çağırışlar edib. Ancaq nəzərdə tutduğumuz məmurlar öz vəzifələrində qalaraq səlahiyyətlərindən sui-istifadə ediblər və edirlər. Onlar yəqin bu çağırışın da onlara təsirinin olmayacağını fikirləşərək, öz işlərinə davam edəcəklər. Bu isə onlardan bir qisminin yaxın vaxtlarda yollarının həbsxanadan düşəcəyini söyləməyə əsas verir .

İkincisi, çox təəssüf “yeni” və “gənc” adlandırılan, islahatlar dalğasında vəzifəyə gətirilmiş, prezidentin etimad göstərdiyi kadrlar – xüsusilə, rayon icra başçıları – arasında da belələri az deyil. Onların rüşvətxorluq və qohumbazlıqla məşğul olanları da var.

Fikrimcə, prezidentin çağırışından ilk növbədə məhz bu kadrlar nəticə çıxarmalı və vəzifələrindən könüllü şəkildə getməlidirlər. Əks halda, o məmurların üzündən ictimai rəydə bütövlükdə hakimiyyət barəsində mənfi rəylər yaranacaq. Nəticədə prezident dövlətin nüfuzunu qorumaq üçün onları həbsxanaya göndərməli olacaq”.

A.Zeynalov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05