!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gənc yazarın dəfn ediləcəyi yer və vaxt dəqiqləşdi - YENİLƏNİB

!Reklam – Yazi

Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmudun (Mahmud Ağakişiyev) dəfn mərasimi sabah olacaq.

Yenicag.az xəbər verir ki, Muğanlı kənd İcra nümayəndəsi Nəbi Mursaquliyevin “Report”a verdiyi məlumata görə, yazıçının cənazəsinin yaşadığı kəndə gətirilməsi ləngidiyi üçün dəfn mərasimi sabah olacaq.

“Cənazə hələki yoldadır, gətirirlər bir neçə saata atası evinə çatarlar. Mərhum sabah kənd qəbiristanlığında, atasının qəbri yanında torpağa tapşırılması planlaşdırılır.”

Qeyd edək ki, İkinci Mahmud Bakıda yaşadığı evdə ürəktutmasından vəfat edib.

 

*** 13:30

Gənc yazar Mahmud Ağakişiyev qəfildən dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, o, mənzilində ölü vəziyyətdə tapılıb.

Bu barədə yazarın dostları sosial şəbəkədə məlumat yayıb. Ədəbi mühitdə

İkinci Mahmud imzası ilə tanınan yazarın ürək tutmasından öldüyü bildirilir.

Qeyd edək ki, Mahmud 1986-cı ildə Qazax rayonunun Muğanlı kəndində anadan olub. 2013-cü ildən mətbuatda çıxış etməyə başlayıb. Müxtəlif mətbu orqanlarda araşdırma yazıları, esse və hekayələri dərc edilib.

Allah rəhmət eləsin!

Cəvahir Nehru

www.yenicag.az

4851
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv